RUSİYA

Rusiya COP29-un təşkilində Azərbaycana dəstək verməyə hazırdır - Edelgeriyev

Dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının rəhbər orqanı olan Tərəflərin Konfransı COP29-un Azərbaycanda keçirilməsi barədə qərarı təsdiqləyib.
Sputnik
BAKI, 13 dekabr - Sputnik. Rusiya Federasiyası gələn il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin 29-cu Konfransının təşkilində Azərbaycana dəstək verməyə hazırdır. Bunu TASS-ın müxbiri ilə söhbətində COP28-də Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev deyib.

“O da sevindirici haldır ki, Tərəflərin növbəti, 29-cu Konfransı tarixdə ilk dəfə olaraq keçmiş Sovet İttifaqının respublikalarından birində - Azərbaycanda keçiriləcək. Əmirliyin hazırkı sədrliyi ilə birlikdə bu məsələdə onlara maksimum dəstək verəcəyik”, - deyə xüsusi nümayəndə bildirib.

Edelgeriev həmçinin qeyd edib ki, Dubayda çərşənbə günü planlaşdırılandan bir gün gec başa çatan iqlim sammiti “çox iş tələb etsə də, uğurlu sayıla bilər”:
"Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransı nadir hallarda vaxtında başa çatır və bu da istisna deyildi".
Dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının rəhbər orqanı olan Tərəflərin Konfransı COP29-un Azərbaycanda keçirilməsi barədə qərarı təsdiqləyib.
Bakının müraciətini təsdiqləmək üçün o, COP28-də iştirak edən Şərqi Avropa Qrupunun üzvlərinin dəstəyini tələb edirdi. Konfrans çərçivəsində keçirilən regional blokun iclasında ölkələr Azərbaycanın namizədliyini dəstəkləyib. Bundan əvvəl Ermənistan Azərbaycanın namizədliyini dəstəkləmək üçün COP29-a ev sahibliyi etmək üçün namizədliyini geri götürüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.