TƏHSİL

Peşə məktəblərində təhsil haqlarına yenidən baxılması təklif edilir

Nazir bildirib ki, rəqabətli kadrların hazırlanmasını tələb edən bəzi ixtisaslar var. Məsələn, aşpaz ixtisası kifayət qədər mürəkkəb və bahadır. Məsələn, beşulduzlu hotel üçün yaxşı aşpaz hazırlamaq baha başa gəlir.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev peşə məktəblərində təhsil haqları məsələsinə yenidən baxılmasını təklif edib.
Nazir bildirib ki, peşə məktəblərində təhsili haqları ilə bağlı məsələdə bəzi dəyişikliklərə ehtiyac var:

"Rəqabətli kadrların hazırlanmasını tələb edən bəzi ixtisaslar var. Məsələn, aşpaz ixtisası kifayət qədər mürəkkəb və bahadır. Məsələn, beşulduzlu hotel üçün yaxşı aşpaz hazırlamaq baha başa gəlir. Biz bunu başa düşməsək və ildə 500 manata aşpaz hazırlasaq, nəticə etibarilə əmək bazarında rəqabətli ixtisasa sahib şəxs olmayacaq. Ona görə də qoyulan investisiya ilə kadrın rəqabətliliyi arasında əlaqəni qiymətləndirmək lazımdır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qarabağın dirçəlişi və reinteqrasiyası
Azad olunan ərazilərdə peşə məktəbləri açılacaq