İQTİSADİYYAT

Dekabrın 15-i və 20-si vergilərin ödənilməsinin son günüdür - XƏBƏRDARLIQ

Dövlət Vergi Xidməti xəbərdarlıq edir ki, qeyd edilən ödənişlər vaxtında həyata keçirilmədikdə əlavə faizlər hesablanacaq.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərindən 15 və 20 dekabr tarixlərinə qədər sığorta haqları və vergilərin ödənilməsini tələb edib.
Sputnik Azərbaycan Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu il dekabrın 15-i
məcburi dövlət sosial sığorta,
işsizlikdən sığorta
icbari tibbi sığorta haqlarının ödənilməsinin son günüdür.
Eyni zamanda cari ilin dekabrın 20-i
xüsusi notariuslar üzrə gəlir vergisi,
idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi,
əlavə dəyər vergisi,
aksizlər,
yol vergisi,
mədən vergisi,
pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə sadələşdirilmiş vergi,
muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi,
sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyindən tutulan verginin ödənilməsinin son günüdür.
Dövlət Vergi Xidməti xəbərdarlıq edir ki, qeyd edilən ödənişlər vaxtında həyata keçirilmədikdə əlavə faizlər hesablanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Bank hesabının açılması sadələşdi - Artıq şəhadətnamə-dublikatın alınmasına ehtiyac yoxdur