BAKI, 13 dekabr — Sputnik. Bakıda çökən körpü ilə bağlı tədbirlər görülür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, körpünün çökməsi barədə xəbər həqiqəti əks etdirmir.
O, bildirib ki, körpünün asfalt örtüyündə aşınma olub. Hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur.
"Bu problem isə qısa müddət ərzində problem aradan qaldırılacaq", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Əbdülvahab Salamzadə küçəsində körpünün üzərində yolun sağ zolağında yaranan çökmə üzündən küçənin hər iki istiqamətində və "Qələbə" dairəsində avtomobillərin sıxlığının yaranması barədə məlumat yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.