BAKI, 12 dekabr — Sputnik. ABŞ Ukrayna lideri Vladimir Zelenskidən uzun müddət istifadə etməyəcək. Onu lazımsız bir marionet kukla kimi zibil qutusuna atacaqlar.
Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
Siyasətçinin sözlərinə görə, bu hal artıq təkrarlanıb. O, “rəqibi” Xuan Quaydonu xatırladıb.
“İmperializmin marionet kuklanı ortalığa atması, ondan istifadə etməsi və zibil qutusuna atması ilk dəfə deyil. Bizim də Zelenski kimi Quaido adlı bir təlxəyimiz var idi” - Maduro “Maduro ilə+” verilişində bildirib.
Prezidentin sözlərinə görə, o vaxt imperializm Quaidonun “boynunun ardından yapışdi” və onu Mayamidəki zibilliyə atdı. Quaidodan Venesuelada təxribat yaratmaq üçün istifadə edilib. Siyasətçi xalqı parçalamaq, nifrətlə doldurmaq vasitəsinə çevrilmişdi.
Xatırladaq ki, Venesuelada vəziyyət 2019-cu ildə daha da pisləşib. Həmin vaxt Maduroya qarşı kütləvi etirazlar başlayıb və Milli Assambleyanın rəhbəri Xuan Quaido qanunsuz olaraq özünü müvəqqəti dövlət başçısı elan edib. O, ABŞ və onun bir sıra müttəfiqləri tərəfindən dəstəklənirdi. Bir il əvvəl “müvəqqəti hökumət” nəhayət ki, ləğv olunub.