DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə vətəndaşlığını almaq daha çətin olacaq

Türkiyədə daimi yaşayış icazəsi almaq üçün minimum mənzil dəyəri artırılacaq.
Sputnik
BAKI, 11 dekabr - Sputnik. Türkiyə hakimiyyəti daimi yaşayış icazəsi almaq üçün daşınmaz əmlakın minimum dəyərini artırmağı planlaşdırır.
Bu barədə RİA Novosti Vətəndaşlıq İşləri üzrə İdarənin mənbəyinə istinadən məlumat yayıb.
Yeni qaydalara əsasən, ev alarkən ölkə vətəndaşlığını almaq üçün tələb olunan minimum məbləğ 600 min dollar təşkil edəcək. Dəyişikliklər 2024-cü ildə qüvvəyə minəcək.
Ölkədə ev almaqla Türkiyə vətəndaşı olmaq 2017-ci ildə mümkün olub. İlkin olaraq daşınmaz əmlakın dəyəri bir milyon dollara çatmalı idi. İndi isə limit 400 min dollardır. Türkiyə Statistika Bürosunun məlumatına görə, oktyabrda əcnəbilər respublikada 2,5 min daşınmaz əmlak, o cümlədən rusiyalılar 713 daşınmaz əmlak alıblar.
İnflyasiya fonunda Türkiyədə mənzil qiymətləri 2023-cü ildə təxminən iki dəfə, icarə qiymətləri isə 137 faiz artıb. Eyni zamanda, mənzilləri kirayə vermək istəyənlərə Mədəniyyət və Turizm Nazirliyinin lisenziyalarını almaq tələb olunub.