"Bildiyim qədəri ilə pandemiya şəraitində icra olunan distant təhsilin analizi aparılıb. Amma nəticə canlı formada məktəbdəki tədrisin effekti qədər olmayıb. Bu da təbiidir və nəticə bütün dünyada belədir. Etiraf edək ki, tələbələrin bir çoxu distant növlü tədris prosesinə sadəcə formal olaraq qoşulur və kameranı söndürüb öz işini görür. Bu da istər-istəməz formal təhsilə çevrilir və bunu tam idarə etmək çətindir. Belə olan halda həmin tələbənin bilik və bacarığa nə qədər sahiblənməsi sual altında qalır. Onu da bilməliyik ki, distant təhsil növünü heç də bütün sahələrə, ixtisasa tətbiq etmək mümkün deyil. Misal olaraq, tibb və mühəndis ixtisası üzrə təhsil alanlar laborator şəraitdə bacarıqlara yiyələnməlidirlər. Belə olan halda bunu necə distant etmək olar?!", - direktor vurğulayıb.
"Biz distant formada təhsilin inkişaf etdirilməsində maraqlı olmalıyıq. Koronavirus pandemiyası distant təhsillə bağlı problemləri üzə çıxardı. Məlum oldu ki, ölkədə distant təhsil infrastrukturu tam formalaşdırılmayıb. Bu prosesi ali təhsil müəssisələrində həyata keçirmək daha rahatdır, nəinki ümumtəhsil müəssisələrində. Təhsitutumlu ölkələrdə distant təhsilə önəm verilir. Məkan və zamandan asılı olmayaraq insanlar üçün təhsil almaq imkanları yaranır. Bununla belə, biz bu prosesə tam hazır olmamaış distant təhsili tətbiq etmək olmaz. Bunun üçün yeniliklərə açıq olmalıyıq. Distant təhsildə natamamlıq olmamalıdır".