BAKI, 11 dekabr - Sputnik. ABŞ Ukraynaya maliyyə yardımını dayandırmalı və diqqətini daxili problemlərin həllinə yönəltməlidir.
Bu barədə Rusiya mediası ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrinin “X” sosial şəbəkəsindəki yazdıqlarına istinadən xəbər verib.
“ABŞ liderlərinin axmaqlığı və dəhşətli məsuliyyətsizliyi ucbatından ABŞ-ın dövlət borcu təxminən 34 trilyon dollara çatıb. Biz Ukraynadakı münaqişəni maliyyələşdirə bilmərik”, - deyə konqresmen qeyd edib.
Qrinin sözlərinə görə, qeyri-qanuni miqrantlar və meksikalı kartellər səbəbindən ABŞ sərhədlərinin təhlükəsizliyi təhdid altındadır, buna görə də məhz bu istiqamət ABŞ administrasiyasının siyasətində prioritet məsələyə çevrilməlidir.
Bu yaxınlarda Ağ Evin İnzibati-Büdcə İdarəsinin (İBİ) rəhbəri Şalanda Yanq etiraf edib ki, Vaşinqtonun Ukraynaya verdiyi dəstək nəticəsində tükənmiş öz silah ehtiyatlarını doldurmaq üçün cəmi 1 milyard dollar qalıb. Onun sözlərinə görə, Kiyevə əlavə yardım ABŞ Konqresinin büdcəni müvafiq vəsaitlərin ayrılması ilə heç bir şəkildə əlaqələndirə bilməyən siyasi qərarından asılıdır.
Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Qərb Ukraynadakı münaqişəyə son qoymaq istəyirsə, cinayətkar Kiyev rejiminə silah tədarükünü dayandırmalıdır. Dövlət başçısı Rusiyanın xüsusi hərbi əməliyyata (XHƏ) başlamağı planlaşdırmadığını, lakin Qərb ölkələrinin Moskvanı münaqişəni silahlı yolla həll etməyə məcbur etdiyini vurğulayıb.