CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alimlər tənhalığın faydalarından danışıblar

Tədqiqatın müəllifləri qeyd ediblər ki, bu növ istirahət hər kəs üçün uyğun deyil.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. Redinq Universitetinin (Böyük Britaniya) tədqiqatçıları müəyyən ediblər ki, tək başına keçirilən vaxt stressi azaldır. Nəticələr "Scientific Reports" jurnalında dərc olunub.
Tədqiqatda 178 nəfər iştirak edib. Üç həftə ərzində onlar tək başına nə qədər vaxt keçirdiklərini qeyd etdikləri gündəliklər yazıblar.
Yalnızlıq digər insanlarla üz-üzə və ya onlayn ünsiyyətin olmaması deməkdir. Təcrübənin birinci mərhələsinin sonunda tədqiqatın təşkilatçıları iştirakçılardan üç suala cavab vermələrini xahiş ediblər: onlar özlərini müəyyən bir şəkildə aparmalı olduqda (cəmiyyətdə olarkən) diskomfort hiss edirdilərmi? Tənha olduqda özlərini nə qədər azad hiss edirdilər? İxtiyarlarında olan gün boyu baş verənləri təkbaşına idarə etdiklərini hiss edirdilərmi?
Nəticələr göstərib ki, müntəzəm olaraq tək vaxt keçirən insanlar birinci və üçüncü suallara daha çox müsbət cavab veriblər və həmçinin stress səviyyələrinin aşağı olduğunu bildiriblər.
Tədqiqatın müəllifləri, insanların tək olduqları zaman daha rahat olduğu fikrini irəli sürüblər, çünki sosial qarşılıqlı əlaqə zamanı olduğu kimi, zehni səy göstərmələri tələb olunmur.
ÜST tənhalığı bütün dünyada sağlamlıq üçün təhlükə adlandırıb
Buna baxmayaraq, üzərilərində sınaq keçirilənlərin bəziləri tək-tənha şəraitdə ilə çox vaxt keçirmək məcburiyyətində qaldıqda, emosional tükənmə və cansıxıcılıq hiss ediblər.
Tədqiqatın müəllifləri qeyd ediblər ki, bu növ istirahət hər kəs üçün uyğun deyil. Başqa sözlə desək, tənhalıq o zaman psixi sağlamlıq üçün faydalıdır ki, insan şüurlu şəkildə buna can atsın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.