"Həyət evlərinə ən böyük təlabat pandemiya dövründə yaranmışdı. Amma son illər paytaxtda köhnə binaların söküntüsü də Bakı şəhərinin ətraf qəsəbələrində yerləşən həyət evlərinə təlabatı artırıb. Bununla belə, həyət evlərinin çoxunun sənədsiz olması risk yaratdığından, insanlar fərdi yaşayış evi almağa ehtiyat edir. Həmçinin bina evləri gəlirlilik baxımından da daha sərfəlidir. Binadan alınan əmlakın icarəyə verilməsi daha rahat və gəlirlidir. Eyni zamanda bina evləri ipotekaya yararlı olduğundan qiyməti bahalaşır. Bu baxımdan insanlar daha çox bina evi almağa üstünlük verirlər", - deyə ekspert bildirib.
"Fərdi ev istəyənlərin əsas tələbi odur ki, evin "kupça"sı (özəlləşdirmə barədə sənəd - red.) olsun. Təəssüf ki, Bakı ətrafında belə həyət evlərinin sayı azdır. Satışda həyət evləri olsa da, çoxunun sənədi yoxdur", - deyə relitor bildirib.