"Konsertimə bu qədər insanın gəlməsi məni çox sevindirir. Tamaşaçılarıma sonsuz təşəkkür edirəm. Musiqiçilər və mən müxtəlif şəhərlərə səyahət edirik və son vaxtlar hər yerdə zallar dolu olur. Bu, çox dəyərli və qeyri-adi bir şeydir. Hər birinizə bu gün bizimlə vaxt keçirməyi seçdiyiniz üçün təşəkkür edirik”.
"Bu il mənim 44 yaşım tamam olur, həyatın bu fəslini özüm üçün parlaq bir şeylə - yeni rusdilli albomla qeyd etmək qərarına gəldim. Burada çoxlu duet mahnıları var ki, indiyə qədər heç bir albomda yer almayıb. Tamamilə yeni şeylər var - Saşa (HammAli) ilə möhtəşəm mahnı – “Do tebya” (“Səndən əvvəl”), Leonid Aqutinin isti gitara akkordları ilə “Moy druq” (“Mənim dostum”) mahnısı və əlbəttə ki, Azərbaycanın ən istedadlı ifaçıları Coni, Jah Khalib və HammAli & Navai ilə birgə yaratdıqlarımız” - Emin bildirib.