BAKI, 9 dekabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya seqodnya” komandasını və onun baş direktoru Dmitri Kiselyovu media qrupunun 10 illik yubileyi münasibətilə təbrik edib.
“Media qrupu haqlı olaraq yerli media arasında lider mövqe tutur. O, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir, 30 dildə geniş çeşiddə xəbər məhsulları buraxır və 100-dən çox xarici tərəfdaşla fəal əməkdaşlıq edir”, - Lavrovun təbrik məktubunda deyilir.
Nazir xüsusilə qeyd edib ki, xaricdə Rusiya mediasına misli görünməmiş təzyiqlər dövründə “Rossiya Seqodnya” komandası “dürüst jurnalistikanın yüksək peşəkar standartlarına cavab verməyə davam edir”.
“Smolensk meydanında bizim yaxşı yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirlər. Biz Rusiyanın xarici siyasət kursuna informasiya dəstəyini səmərəli şəkildə təmin etmək üçün onların gələcək inkişafına və güclənməsinə ümid edirik, - Lavrov vurğulayıb. - Sizə və “Rossiya Seqodnya”nın bütün əməkdaşlarına cansağlığı, yeni yaradıcılıq uğurları və ən yaxşısını arzulayıram”.
"Rossiya Seqodnya" beynəlxalq media qrupu qeyd olunan rusdilli informasiya resurslarını birləşdirir: РИА Новости, Sputnik radiosu, ПРАЙМ, ИноСМИ, Baltnews, Украина.ru, Социальный Навигатор, KOT və Arctic.ru. Onu xaricdə beynəlxalq xəbər agentliyi və Sputnik radiosu təmsil edir.
Media qrupunun əsas məhsullarından biri rus, ingilis, çin, ispan, ərəb və fars dillərində informasiya lentləridir. “Rossiya Seqodnya” beynəlxalq auditoriyaya, biznes ictimaiyyətinə, dövlət qurumlarına və geniş istifadəçilərə yönəlmiş ən böyük Rusiya informasiya məhsulları istehsalçısıdır.