RUSİYA

Rusiya nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Nümayəndə heyəti dekabrın 8-də Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 8-də Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.
Nümayəndə heyətinin üzvləri Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.