BAKI, 8 dekabr — Sputnik. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yaydı.
Açıqlamada bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Sputnik Azərbaycan Azərbaycan və Ermənistan arasında gedən son proseslərlə bağlı millət vəkili Zahid Orucun və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.
Millət vəkili Zahid Oruc bildirir ki, son dövrlər Azərbaycanla Ermənistan arasında sərtləşən ritorika müşahidə edilirdi:
"Xüsusən də Ermənistana tərəf kimi görünənlərin yaratdıqları təzyiq mühiti proseslərin dalana dirənməsi görüntüsü yaradırdı. Proses artıq o həddə çatmışdı ki, sülh gündəliyinin özü geosiyasi ambisiyaların bir hissəsinə çevrilmişdi. Belə şəraitdə Azərbaycanın addımı sanki dönüş nöqtəsi oldu".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın sərhəddə vasitəçisiz görüşlə bağlı çağırışı öz nəticəsini verdi:
"Hesab edirik ki, bu mühim hadisədir. Ötən onilliklər ərzində özlərinin strateji sənədlərində bir-birini düşmən adlandıran dövlətlərin sülh sazişini imzalamamış birgə açıqlaması sülhə tezliklə nail olmağa ümid yaradır. Bu o deməkdir ki, müxtəlif platformalarda axtarılan sülhü iki ölkə vasitəçisiz şəkildə əldə edə bilərlər".
Onun sözlərinə görə, Azərbaycanda təyin olunmuş növbədənkənar prezident seçkiləri sülh prosesini sürətləndirəcək:
Politoloq Tofiq Abbasov isə hesab edir ki, əslində bütün bunlar çoxdan baş verməli idi:
"Ancaq Ermənistanın astagəlliyi ucbatından bu proseslər gec baş verdi. Hələ müharibəyə qədər Azərbaycan Prezidenti İlham Əliyev "hamının hamıya" prinsipini təklif etmişdi, ancaq Ermənistan tərəfi buna etinasız yanaşdı. Sözsüz ki, dünənki birgə bəyanat aparılan danışıqların nəticəsi idi.
Politoloq danışıqların nəticəli olmasını sevindiri hal hesab edir: