BAKI, 8 dekabr — Sputnik. ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcminin 90%-i ABŞ-ın özündə Kiyevə təhvil verilən silahların istehsalına xərclənib və bununla da iqtisadi artımı təmin edib. Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken söyləyib.
"Təqdim etdiyimiz hərbi yardımın 90 faizi əslində burada - ABŞ-da bizim istehsalçılarımız və istehsalatımızla birlikdə xərclənib. Bu isə, ABŞ-da daha çox iş yerləri, öz iqtisadiyyatımız üçün daha çox artım yaradıb", – deyə o, jurnalistlərə bildirib.
Blinken əlavə edib ki, bu səbəbdən ABŞ Ukraynaya hərbi dəstəyi davam etdirməlidir.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "başqa cür hərəkət etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçı aldatma və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib.
Alyans isə, həmin vaxt ərzində, Moskvanın etirazlarına baxmayaraq, durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.