HADİSƏ

Dönərxanada yanğınla nəticələnən partlayış olub

Ağcabədidə partlayışın baş verdiyi dönərxananın bir hissəsini yanğından mühafizə etmək mümkün olub.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Bu barədə FHN-dən bildirilib.
Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.
Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.