İDMAN

Voleybol üzrə Azərbaycan çempionatının oyunu təxirə salınıb

Bildirilib ki, oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Kişi voleybolçular arasında Azərbaycan çempionatında bu gün keçirilməsi nəzərdə tutulan "Xarı Bülbül Laçın" - "Neftçi" matçı təxirə salınıb.
Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə, buna bəzi oyunçuların səhhətində problem yaranması səbəb olub.
"Neftçi"nin AVF-yə ünvanladığı müraciətdə komandanın 6 oyunçusunda – Emin Abdullayev, Milad Salehi, Abdullah Azmun, Məhəmməd Nouruzi, Məhəmməd Abulhasani və Mohsen Vazehidə yüksək hərarət (Diaqnoz- Kəskin Respirator Xəstəlik, KRX) müşahidə edildiyi bildirilib. Federasiya yaranmış vəziyyəti nəzərə alaraq, qarşılaşmanın təxirə salınmasına qərar verib.
Bildirilib ki, oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.