DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İngiltərədə Zelenski ilə ciddi söhbətə hazırlaşırlar

Britaniyalı diplomatlar Zelenskini Rusiya ilə danışıqlara başlamağa məcbur edə bilərlər.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. İngiltərə diplomatları münaqişəni yaxın vaxtlarda başa çatdırmaq üçün Rusiya ilə danışıqlara başlamaq məsələsində Kiyevə təzyiq göstərməyə hazırlaşırlar.
Bu barədə İngiltərənin "Daily Express" nəşri məlumat yayıb.
"Ukraynanın böyük hücumu gözlənilən uğura çevrilmədi və bu, ölkənin bu münaqişədə qalib gəlmək qabiliyyətini sual altına qoyur. Diplomatik dairələrdə Kiyevə təzyiq göstərmək və onu danışıqlar masasına oturmağa məcbur etmək barədə danışılır", - nəşr yazır.
Materialın müəllifləri Ukrayna ordusunun daimi uğursuzluqları ilə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiqlərin ciddi şəkildə artdığını da qeyd edirlər. Ukrayna lideri hətta ölkə daxilində də tənqid atəşinə tutulur.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq analitiki Larri Conson bildirib ki, Rusiya və Ukrayna arasında ehtimal olunan danışıqlar Kiyevin təslim olması ilə başa çatacaq. Onun fikrincə, Moskvanın mövqeyi daha güclüdür, çünki Rusiya Silahlı Qüvvələri döyüş meydanında uduzmur, Rusiya iqtisadiyyatı isə uğurla fəaliyyət göstərir.