"Son proseslərdə də ölkəmiz müstəqil, suveren siyasət yürütdüyünü, təzyiqlərin faydasız olduğunu nümayiş etdirdi. Bu, ABŞ üçün gözlənilməz idi. Çünki ABŞ bir qayda olaraq qeyri-bərabər hüquqlu münasibətlərə və əməkdaşlığa üstünlük verir. ABŞ-da hesab edilir ki, əməkdaşlıq ancaq onun patronajlığı altında həyata keçirilə bilər. Azərbaycanın bu yanaşmalara münasibəti ABŞ üçün "soyuq duş" effekti verdi. Bu baxımdan regionun ən güclü dövləti olan Azərbaycanla münasibətlərin kəskinləşməsi ABŞ-ın maraqlarına cavab vermir".
"Bu səfər Azərbaycan və ABŞ arasında münasibətləri müzakirə etməyə hesablanıb. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi də müzakirələrin predmeti olacaq. Ancaq bir sual var: ABŞ həqiqətən də regionda dayanıqlı sülhü və əməkdaşlığı dəstəkləyirmi? Hesab edirəm ki, bu sualın cavabı ABŞ-ın yanaşmaları ilə tanış olan hər kəsə bəllidir".