DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Rossiya Seqodnya" və "Sinxua" 2024-cü ildə BRİKS ekspert forumunu təşkil edəcək

Bundan əvvəl Çin sədri Si Cinpin bildirmişdi ki, Çin digər BRİKS üzvləri ilə birlikdə gələn il assosiasiyaya sədrlik edən ölkə kimi Rusiya Federasiyasının fəaliyyətini dəstəkləməyə hazırdır.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. "Rossiya Seqodnya" beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov və Çinin Sinxua xəbər agentliyinin baş redaktoru Lu Yanson gələn il Sankt-Peterburqda keçiriləcək Peterburq İqtisadi Forumu çərçivəsində BRİKS ölkələrinin ekspert forumunun keçirilməsinə dair memorandum imzalayıblar. İmzalanma Kiselyovun Çinə səfəri və Yunnan əyalətinin Kunmin şəhərində keçirilən Ümumdünya Media Sammitində iştirakı zamanı baş tutub.
Ekspert forumunun Rusiyanın BRİKS-ə sədrliyi çərçivəsində 2024-cü ildə keçirilməsi planlaşdırılır ki, bu, Rusiya Federasiyasının və Çinin iki ən böyük media qurumunun geniş informasiya əhatəsinə malik genişmiqyaslı tədbirinə çevrilməlidir.
Kiselyov media sammitinin açılışındakı çıxışında Rusiyanın təklif etdiyi çoxqütblü dünya nizamının yeni konsepsiyası, digər ölkələrin ona reaksiyası və XHƏ-nin səbəblərindən danışıb.
Bundan əvvəl Çin sədri Si Cinpin bildirmişdi ki, Çin digər BRİKS üzvləri ilə birlikdə gələn il assosiasiyaya sədrlik edən ölkə kimi Rusiya Federasiyasının fəaliyyətini dəstəkləməyə hazırdır.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. Avqustda keçirilən Yohannesburq sammitində Argentina, Misir, İran, Efiopiya, BƏƏ və Səudiyyə Ərəbistanının 2024-cü il yanvarın 1-dən təşkilata tamhüquqlu üzv olmağa dəvət edilməsi barədə qərar elan edilib. May ayında Belarus assosiasiyaya qəbul olunmaq xahişi ilə BRİKS üzvlərinə müraciət edib.