"Xəzəryanı ölkələrdən 4-ü bu konvensiyanı ratifikasiya etsə də, İran bu prosesi başa çatdırmayıb. Yaranmış geosiyasi turbulentlik vəziyyətində bu, müəyyən problemlər yaradır. Mövcud şərait müəyyən xarici qüvvələrin regiona müdaxiləsinə rəvac verir. Bu baxımdan Rusiya İranın konvensiyanı ratifikasiya etməsini istəyir. Konvensiyanın ən vacib müddəalarından biri kənar qüvvələrin regionda təmsil olunmaması ilə bağlıdır. Heç bir Xəzəryanı ölkə bu müddəanı pozmaqda maraqlı deyil".
"Xəzəryanı ölkələr Türkiyə ilə əməkdaşlıq edir. belə ki, Qazaxıstan, Özbəkistan Türkiyənin lisenziyası əsasında katerlər, gəmilər istehsal edirlər".
"Xatırladım ki, 2010-cu ildə Bakıda keçirilən Xəzəryanı ölkələrin sammitində həmin məsələ gündəliyin əsasını təşkil edirdi. O vaxt Azərbaycanın təklifi ilə qeyri-regional qüvvələrin Xəzər dənizində təmsil olunmaması ilə bağlı müddəa yekun sənəddə əksini tapmışdı. Bu baxımdan Azərbaycanla bağlı səsləndirilən iddialar spekulyativ xarakter daşıyır", - deyə politoloq bildirib.