BAKI, 4 dekabr — Sputnik. İran Suriyadakı İran hərbi müşavirlərinə qarşı yönəlmiş heç bir fəaliyyəti cavabsız qoymayacaq. Bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.
Dekabrın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqə raket hücumu zamanı Suriyada iki hərbi məsləhətçisinin həlak olduğunu bildirib.
Bu, İsrail və Fələstin arasında oktyabrın 7-də başlayan münaqişədən sonra İİKK üzvləri arasında itkilərlə bağlı ilk rəsmi açıqlamadır.
"Hərbi müşavirlərimizin maraqlarına və təhlükəsizliyinə qarşı heç bir hərəkət cavabsız qalmayacaq; bizim artıq belə vəziyyətlərdə təcrübəmiz var", - deyə IRNA Kənanidən sitat gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.