BAKI, 4 dekabr - Sputnik. Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu barədə XİN məlumat yayıb.
Bildirilir ki, səfər zamanı, nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, İRNA agentliyi dekabrın 5-də Rusiyanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Moskvada Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi ilə bağlı xəbər yayıb.
Bildirilirdi ki, tədbir çərçivəsində Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın xarici işlər nazirlərinin ikitərəfli görüşləri də nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.