BAKI, 3 dekabr - Sputnik. Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar.
Yarışın ikinci günündə bir idmançı fəxri kürsüyə qalxıb.
Zelim Kotsoyev (100 kq) 3-cü yer uğrunda dueldə italiyalı Cennaro Pirelliyə qalib gəlib. Əvəzində Balabəy Ağayev bürünc medal uğrunda görüşdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Ayub Bliyevə uduzub.
Qeyd edək ki, ötən gün Hidayət Heydərov (73 kq) qızıl, Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
Azərbaycan millisi yarışa 13 kişi, 1 qadın cüdoçu ilə qoşulmuşdu.
12:39
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokioda keçirilən Böyük Dəbilqənin bürünc medalını qazanıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Yaponiyanın paytaxtında təşkil olunan turnirin ikinci günündə kişilər arasında 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev üçüncü yer uğrunda mübarizədə İtaliya təmsilçisi Cennaro Pirelli üzərində qələbə qazanaraq bürünc medal əldə edib.
02.12.23, 11:31
Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Heydərov finalda yerli idmançı Soişi Haşimotoya qalib gəlib.
81 kq-dakı Zelim Tçkayev isə bürünc mükafata sahib çıxıb. O, Tacikistan təmsilçisi Somon Makhmadbekovu məğlub edib.