BAKI, 2 dekabr - Sputnik. 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Hamburqda keçiriləcək tədbir saat 21:00-da başlayıb.
Pükşatmaya 21 milli komanda qatılacaq. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alıb.
Pükşatmaya 21 milli komanda qatılacaq. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alıb.
Püşkatmanın nəticələrinə görə, A qrupunda Almaniya, Şotlandiya, Macarıstan və İsveçrə mübarizə aparacaqlar. B qrupunda İspaniya, Xorvatiya, İtaliya və Albaniya yer alıb. C qrupunda Sloveniya, Danimarka, Serbiya və İngiltərə arşılaşacaqlar.
D qrupuna Niderland, Avstriya, Fransa və A yolunda gələcək komanda düşüblər. E qrupunda Belçika, Slovakiya, Rumıniya və B yolundan gələcək yığma yer alıblar. Və nəhayət F qrupunda Türkiyə, Portuqaliya, Çexiya və C yolundan gələcək milli komanda rastlaşacaqlar.
Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.