BAKI, 2 dekabr — Sputnik. Sürətlə yeriyərkən insanın 2-ci tip şəkərli diabetə tutulma riski azalır.
Bunu "British Journal of Sports Medicine" jurnalında dərc edilmiş beynəlxalq mütəxəssislər komandasının araşdırmasının nəticələri sübut edib.
Təhlillərə əsasən məlum olub ki, saatda 6 kilometr sürətlə yerimək təhlükəli xəstəliyin alovlanma ehtimalını 39 faiz azaldır. Eyni zamanda saatda 3-5 kilometr piyada sürəti xəstəliyin inkişaf riskini 24 faiz azaldır.
Bundan əlavə, 1 dəqiqə ərzində atılan addımların sayı da mühüm rol oynayır. Mütəxəssislər bildiriblər ki, saatda 4 kilometr sürətlə hərəkət kişilər üçün minimum göstərici 87, qadınlar üçün isə 100 olmalıdır. Onların fikrincə, yüksək sürəti yeriş əzələ gücünün və kardiorespirator sistemin yaxşılaşmasına, həmçinin çəki itirməsinə kömək edir.
Qeyd edək ki, müəlliflər 1999-cu ildən 2022-ci ilədək üç ölkədən - Böyük Britaniya, ABŞ və Yaponiyadan 500 mindən çox insanın iştirak etdiyi 10 araşdırmanı təhlil ediblər.
Əvvəllər alimlər ömrü uzatmaq üçün hansı qidaların qida rasionuna daxil edilməli olması barədə danışıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.