NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft qiymətləri OPEC-in qərarı fonunda daha da ucuzlaşıb

Dünya neftinin 40%-dən çoxunu istehsal edən "OPEC plyus" sentyabrın sonunda qiymətlərin təxminən 98 dollardan aşağı düşməsi səbəbindən hasilatın azaldılmasına diqqət yetirir.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşır. "OPEC plyus" tərəfindən könüllü olaraq neft hasilatının azaldılması bazar gözləntilərinə uyğun gəlmədiyinə görə ardıcıl olaraq neft qiymətləri altıncı həftədir ki, enir.
"Brent" markalı neft 39 sent və ya 0,5% ucuzlaşaraq 80,47 dollar, ABŞ-nin Qərbi Texas nefti 23 sent və ya 0,3% ucuzlaşaraq 75,73 dollar olub.
Dünya neftinin 40%-dən çoxunu istehsal edən "OPEC plyus" sentyabrın sonunda qiymətlərin təxminən 98 dollardan aşağı düşməsi səbəbindən hasilatın azaldılmasına diqqət yetirir.
Səudiyyə Ərəbistanı, Rusiya və digər "OPEC plyus" üzvləri hasilatın könüllü olaraq 900 min barel azaldılmasına əlavə olaraq sutkada 1,3 milyon barel azaldılmasını razılaşdırıb. Daha əvvəl gündəlik hasilatın 2 milyon barel azaldılması müzakirə edilmişdi.
Braziliya gələn il OPEC-ə qoşulacağını söyləyib, amma belə bir addım Cənubi Amerikanın ən böyük ölkəsini hasilatı azaltmağa məcbur etməyəcək.
Azərbaycan "OPEC plyus"un 36-cı iclasında təmsil olunub
Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclasında iştirak edib. İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən "OPEC plyus"a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə baxılıb. Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1110 min barel, Konqoda 277 min barel, Nigeriyada isə 1500 min barel həcmində olmasını nəzərdə tutur.
Müzakirələr zamanı energetika naziri Pərviz Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib. Nazir OPEC və qeyri-OPEC ölkələrinin bu birliyinin, konsensus əsasında fəaliyyətinin növbəti il üçün də vacibliyini vurğulayaraq, neft bazarında davamlı sabitlik naminə qərarların qəbulunda yekdilliyi qoruyub saxlamağı tövsiyə edib.
Qeyd edək ki, gələn il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
"OPEC plyus"un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.