BAKI, 1 dekabr — Sputnik. Almaniya öz təşəbbüsü ilə Rusiya-Almaniya münasibətlərini pozmaq siyasəti çərçivəsində Yekaterinburq, Novosibirsk və Kalininqraddakı baş konsulluqlarını bağlayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında deyilir.
"Tamamilə aydındır ki, bu hərəkətlər Almaniya hökuməti tərəfindən Rusiya-Almaniya münasibətləri pozmağa, diplomatik miqyasda ikitərəfli qarşılıqlı əlaqəni minimuma endirməyə yönəlmiş siyasətə uyğun olaraq həyata keçirilir", - açıqlamada qeyd edilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin vurğulayıb ki, Berlin Almaniyada yaşayan yüz minlərlə rusiyalı üçün konsulluq xidmətlərini qəsdən çətinləşdirir.
"Beləliklə konsulluq xidmətləri gələn ildən yalnız Rusiyanın Berlindəki səfirliyində və Bonndakı Rusiya Baş Konsulluğunda mümkün olacaq. Biz Almaniya hakimiyyətinin həm vətəndaşlarımız, həm də ölkəmizlə əlaqə qurmaqda maraqlı olan almanlar üçün yaratdığı çətinlikləri mümkün qədər yumşaltmaq üçün tədbirlər görürük", - Zaxarova fikirlərini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.