FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Fırtına, qasırğa və qar: Rusiyada pis hava şəraiti davam edir

Rusiya Federasiyasının müxtəlif regionlarında müşahidə olunan anomal hava şəraitinin nəticələri Sputnik Azərbaycan-ın fotolentində.
Sputnik
Rusiyanın müxtəlif regionlarında anomal hava hadisələri qeydə alınıb.
Moskva və Sankt-Peterburqa qar yağıb.
Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfandın sözlərinə görə, bu hal, hər 40 ildən bir baş verir. Sinoptiklər bildirirlər ki, qar örtüyünün hündürlüyü 22 sm təşkil edib ki, bu da yanvar ayının göstəricilərinə uyğundur.
Paytaxtın "Jukovski" hava limanı uçuş-enmə zolağının təmizlənməsi üçün bağlanıb.
Eyni zamanda ölkənin cənubunda fırtınalar tüğyan edir.
Belə ki, Aralıq dənizi siklonu leysan və küləkli qasırğa səviyyəsinə qədər artaraq Krıma fırtınalı hava gətirib. Yarımadanın bir çox kəndləri elektrik enerjisisiz qalıb, çoxlu ağaclar aşıb, qaz kəmərləri zədələnib, dənizdə güclü fırtına müşahidə olunub, güclü dalğalar nəticəsində Evpatoriyanın sahilyanı ərazilərini su basıb. İnsanlar su basmış evlərdən təxliyə edilir.
Rusiyanın cənubunda əlverişsiz hava şəraiti səbəbindən 1,9 milyona yaxın insan elektrik enerjisindən məhrum olub, bir nəfər həlak olub.
1 / 11

Sankt-Peterburqda XVIII əsr geyimində olan küçə artisti yağan qarın altında gəzir.

2 / 11

Moskvada Kosıgina küçəsində gəzən qadın.

3 / 11

Qadınlar Moskva çayı üzərindəki körpü ilə gəzirlər.

4 / 11

Moskvadakı küçələrin birində velosiped sürən qız.

5 / 11

Moskvadakı Xilaskar Məsih kilsəsinin qarşısında Moskva çayı üzərindəki körpüdə gəzən polis əməkdaşları.

6 / 11

Moskvadakı küçələrin birində qarda gəzən qadın.

7 / 11

Soçidə fırtınalı havada Qara dəniz sahilində dayanan insanlar. Güclü külək səbəbindən Qara dəniz sahilində iki gündür ki, fırtına davam edir.

8 / 11

Soçidə fırtınalı havada Qara dəniz sahilində dayanan insanlar coşan dənizə baxırlar.

9 / 11

Soçidə fırtınalı havada Qara dəniz sahilində dalğaları seyr edən kişi.

10 / 11

Qadın Novosibirskdəki Teatr Meydanında çətirlə gəzir.

11 / 11

Moskvada qadınlar yağan qar altıda şəkil çəkdirirlər.