TƏHSİL

Azərbaycanda 100-ə yaxın məktəbdə yoxlama aparılıb

Bu ilin dekabr ayında Akkreditasiya Şurasının üçüncü iclasının keçirilməsi planlaşdırılır.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. Bu il 93 ümumtəhsil məktəbində inspeksiya aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, bunların 52-si Bakı Şəhəri üzrə Təhsil İdarəsi, 41-i isə regional idarələr tabeliyindəki müəssisələrdə olub.
"Həmçinin, 28 məktəbəqədər təhsil müəssisəsində inspeksiya aparılıb. Monitorinqlərlə bağlı müvafiq hesabat həm təhsil müəssisələrinə, həm də nazirliyə təqdim olunub".
O, həmçinin qeyd edib ki, bu ilin dekabr ayında Akkreditasiya Şurasının üçüncü iclasının keçirilməsi planlaşdırılır.
"Bu il ərzində 13 ali təhsil müəssisəsinin akkreditasiyasının yekunlaşdırılması nəzərdə tutulur. Növbəti ildə də 13 ali təhsil müəssisəsinin akkreditasiyası aparılacaq. Onlardan 3-ü bu il akkreditasiyası aparılan, amma prosesdən keçməyənlərdir. Gələn il həmçinin, proqram akkreditasiyalarının keçirilməsi planlaşdırılır. Bununla bağlı proqram tərtib edilib"deyə əlavə edib.