BAKI, 27 noyabr — Sputnik. 2023-cü ilin 9 ayı ərzində Ermənistanın dramla dövlət borcunun payı 43% artıb. Bu barədə Ermənistan maliyyə nazirinin müavini Vaan Sirunyan parlamentin maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasında müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, ümumi strukturda dövlət borcunun dollarla payı 34%, avro ilə isə 9% təşkil edib.
"Ermənistanın dövlət borcu hazırda müəyyən edilmiş qaydalar daxilindədir", - Sirunyan bildirib.
Hazırda dövlət borcu 4,454 trilyon dram (11,322 milyard dollar) təşkil edir. Bu məbləğin 10,8 milyard dolları hökumətin borcudur.
Nazir müavini bildirib ki, 9 ayda Ermənistan Mərkəzi Bankının borcu azalıb, hökumətin borcu isə 7% artıb.
Qeyd edək ki, Ermənistan hakimiyyətinin hesablamalarına görə, 2024-cü ilin sonunda Ermənistan hökumətinin borcu ÜDM-in 47%-dən 48,4%-nə yüksələcək.