ELM

Elektron qurğulardan asılılıq intellekti azaldır

İştirakçıların yaşı və istifadə olunan elektron cihazın növü nəticələrə təsir etməyib.
Sputnik
BAKI, 27 noyabr — Sputnik. Elektron qurğulardan həddən artıq istifadə əqli qabiliyyətin pisləşməsi ilə əlaqələndirilir. Bu barədə Makkuori Universitetinin alimləri "The Conversation"a məlumat veriblər.
Elm adamları elektron qurğulardan istifadənin müxtəlif formalarını (oyunlar, internetdə axtarışlar və sosial şəbəkələr də daxil olmaqla) öyrənən 34 tədqiqatın metaanalizini aparıblar. Ekrana baxma vaxtı həddən artıq olan və ya ekranlardan asılı olan insanlar daha aşağı zəka qabiliyyətləri nümayiş etdiriblər.
Onların ən çox əziyyət çəkdiyi diqqət, yəni diqqəti uzun müddət daimi stimul üzərində saxlamaq bacarığı olub. Avtomatik reaksiyaları idarə etmək qabiliyyəti də azalıb. İştirakçıların yaşı və istifadə olunan elektron cihazın növü nəticələrə təsir etməyib.
Alimlər zəif diqqətin elektron cihazdan istifadənin səbəbi və ya nəticəsi olduğuna əmin deyillər – bundan ötrü digər və daha çox araşdırmalar tələb olunacaq. Bununla belə, mövcud elmi işlər əsasən böyük ekran vaxtının zehni performansı pozduğunu təsdiqləyir.