BAKI, 27 noyabr — Sputnik. Qeyri-hökumət təşkilatlarının (QHT) təsir aləti ideyasını irəli sürən ABŞ onları postsovet məkanında, xüsusən də Mərkəzi Asiyada fəal şəkildə bərqərar etməyə çalışır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O xatırladıb ki, Amerika Birləşmiş Ştatları minlərlə qeyri-hökumət təşkilatı yaradıb, onlardan yüzlərləsi postsovet məkanında işləyir, xüsusən Ermənistanda və Qırğızıstandadırlar.
"Onlar fəal şəkildə özlərini digər Mərkəzi Asiya ölkələrinə tanıtmağa çalışırlar. Onları qeyri-hökumət təşkilatı adlandırmaq çox çətindir", - deyə XİN rəhbəri deyib.
O qeyd edib ki, bir çox fondlar ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə maliyyələşir və büdcədən pul alırlar. "Onların vəzifəsi bu qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdəki proseslərə birbaşa təsir göstərməkdir", - nazir vurğulayıb.