BAKI, 26 noyabr - Sputnik. Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun muzeyi açılıb.
“Report” xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusunun adını daşıyan muzey Ər-Riyadda yaradılıb.
Ronaldunun həmyerliləri artıq məkanı ziyarət ediblər. Muzeydə 38 yaşlı hücumçunun karyerasının ən mühüm anları nümayiş olunub.
Qeyd edək ki, Kriştianu Ronaldu bu ilin yanvarından “Əl-Nəsr”də çıxış edir.