BAKI, 26 noyabr - Sputnik. Beynəlxalq Futbol Federasiyası (FİFA) sanksiyalara görə Rusiya Premyer Liqası (RPL) klublarına futbolçularının 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında iştirakı üçün pul göndərmir.
“Report” xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) baş katibi Maksim Mitrofanov məlumat verib.
Onun sözlərinə görə, hələlik oyunçuların 2022-ci il Dünya Çempionatında iştirakı üçün pul bloklanıb: “Klublarımız sanksiyaya məruz qaldığı üçün FİFA bu pulu göndərmir”.
Oktyabr ayında FİFA futbolçuların Qətərdə keçirilən dünya çempionatında iştirakına görə klublara 209 milyon dollar təzminat ödəyəcəyini bildirmişdi. Qeyd olunub ki, futbolçunun dünya çempionatından əvvəlki iki ildə çıxış etdiyi bütün klublara təzminat ödəniləcək.