DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ ölkələri Rusiyaya qarşı sanksiyalar təkliflərini yumşaltmaq istəyirlər

Bəzi dövllətlər üçüncü ölkələr vasitəsilə Rusiya Federasiyasına ixrac edildikdə sanksiyalara məruz qalan malların kateqoriyalarının siyahısının daraldılmasını təklif ediblər.
Sputnik
BAKI, 26 noyabr - Sputnik. Bəzi Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təkliflərini yumşaltmaqda israrlıdırlar.
“Bloomberg” bu barədə xəbər verib.
“Bir qrup üzv dövlət üçüncü ölkələr vasitəsilə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalardan yayınmağı dayandırmağa yönəlmiş təkliflərini yumşaltmaqda israrlıdır”, - materialda belə deyilir.
Agentliyin məlumatına görə, Avropa İttifaqında onlar sanksiyaların sərtləşdirilməsinin ilk növbədə Avropa ölkələrinin özlərinə zərər verəcəyindən ehtiyat edirlər. Bir sıra dövlətlərin fikrincə, üçüncü ölkə firmalarının Rusiyaya təkrar ixracına əlavə qadağaların qoyulması xarici biznes tərəfdaşlarını qorxuda bilər ki, bu da son nəticədə Avropa firmalarının rəqabət üstünlüklərini itirməsinə səbəb olacaq.
Bununla əlaqədar bəzi ölkələr üçüncü ölkələr vasitəsilə Rusiya Federasiyasına ixrac edildikdə sanksiyalara məruz qalan malların kateqoriyalarının siyahısının daraldılmasını təklif ediblər.
Bundan əvvəl bildirilmişdi ki, daha bir ölkə Rusiyaya qarşı sanksiyaların qəbuluna qarşı çıxa bilər. Ukrayna mətbuatının yazdığına görə, Hollandiyada keçirilən parlament seçkilərində Qert Vildersin “Azadlıq Partiyası”nın qələbəsi siyasətçi yeni sanksiyalara qarşı çıxan Macarıstanın baş naziri Viktor Orbana yaxın olduğu səbəbindən Kiyev üçün böyük problemə çevrilə bilər.