BAKI, 25 noyabr - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.
Qəbələnin eyniadlı komandası doğma meydanda “Turan Tovuz”la qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qırmızı-qaralar”ın heyətində Bilel Auşeriya het-trik edib. Fransalı yarımmüdafiəçi 42-ci, 49-cu və 85-ci dəqiqələrdə fərqlənib. Digər qolu isə 53-cü dəqiqədə Tete vurub.
Bu qələbədən sonra xallarını 11-ə çatdıran “Qəbələ” son pilləni tərk edərək 9-cu sıraya yüksəlib. 15 xalı olan “Turan Tovuz” isə 8-ci yerdə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” səfərdə “Sabah”a 2:1 hesabı ilə qalib gəlib, “Səbail” isə evdə “Kəpəz”lə qolsuz heç-heçə edib. Tura noyabrın 26-da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları ilə yekun vurulacaq.