DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şoltsun ofisində Rusiya ilə razılaşmanın ən qızğın tərəfdarları çalışır

Rusiyaya ərazi güzəştləri ideyası təkcə Almaniya kanslerinin müşavirləri arasında deyil, həm də Vaşinqtonda dəstək tapır.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Ukraynada Qərb strategiyasının uğursuzluğu Rusiya ilə danışıqlara dəstəyin artmasına səbəb olub. Ən qızğın tərəfdaşlar isə Almaniya kansleri Olaf Şoltsun ofisində çalışırlar.
Bunu Amerikanın Brukinqs İnstitutunun ABŞ və Avropa Mərkəzinin rəhbəri Konstans Şteltsenmüller "Financial Times" üçün yazdığı məqalədə bildirib.
Analitikin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı uğursuzluqları rusiyapərəst əhval-ruhiyyəni gücləndirir. Şteltsenmüller əlavə edib ki, Rusiyaya ərazi güzəştləri ideyası təkcə Almaniya kanslerinin müşavirləri arasında deyil, həm də Vaşinqtonda dəstək tapır.
Ekspert hesab edir ki, ABŞ və Almaniyanın Ukraynada tətbiq etdiyi məhdud müdaxilə strategiyası iflasa uğrayıb. Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Kiyevin döyüş meydanında uğur qazanmadığını bildirən açıqlamaları göstərir.
Daha əvvəl "Weltwoche"nin şərhçisi Volfqanq Koydl Ukrayna lideri Vladimir Zelenskinin Rusiya tərəfi ilə sülh danışıqları aparmaq niyyətində olmadığı barədə fikir bildirib. Ona görə də proses onun iştirakı olmadan başlaya bilər.