İDMAN

AFFA Canni De Byazi ilə yollarını ayırıb

İtaliyalı mütəxəssis noyabr ayının sonunda başa çatacaq müqaviləsinin müddətinin uzadılmamasını xahiş edib.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. AFFA futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə yollarını ayırıb. Qərar qurumun İcraiyyə Komitəsinin (İK) bu gün keçirilmiş fövqəladə iclasında qəbul olunub.
Bu barədə jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.
S. Hacıyevin sözlərinə görə, italiyalı mütəxəssis noyabr ayının sonunda başa çatacaq müqaviləsinin müddətinin uzadılmamasını xahiş edib. Onun istəyi İK tərəfindən qəbul olunub.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustunda Azərbaycan millisinə baş məşqçi təyin olunmuşdu.