CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan sığorta tarixində rekord məbləğdə ödəniş edildi

"Azərsun Sənaye Parkı"nda bu ilin aprel ayında baş vermiş yanğın hadisəsinə görə rekord məbləğdə sığorta ödənilib.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən, "Azərsun Holdinq" MMC-yə məxsus "Azərsun Sənaye Parkı"nda bu ilin aprel ayında baş vermiş yanğın hadisəsinə görə 25 milyon manat sığorta ödənişi verilib.
Bu, ölkənin sığorta tarixində rekord məbləğ sayılır.
Ödənişi holdinqə məxsus "Azərbaycan Sənaye Sığorta" ASC "Daşınmaz əmlakın icbari sığortası", eləcə də "Əmlakın yanğından və digər risklərdən sığortası" üzrə həyata keçirib.
Qeyd edək ki, yanğın nəticəsində “Azərsun Sənaye Parkı”nda “Sun Food” MMC-yə aid olan anbarlara qeyri-rəsmi olaraq 30 milyon manat civarında zərərin dəydiyi bildirilmişdi. Bu isə Azərbaycanın müstəqillik dövründə zərərin həcminə görə, ən böyük sığorta hadisəsi hesab edilir. Xatırladaq ki, “Sun Food” MMC-nin yerli sığortaçısı “Azərbaycan Sənaye Sığorta”, ötürülmüş risklər üzrə təkrarsığortaçısı isə Almaniyanın “Hellman&Friedman” şirkətidir.