SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün heç bir maneə görmür"

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, Ermənistanın bütün qanunsuz hərbi birləşmələri ölkəmizin ərazisindən çıxarılıb.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün heç bir maneə görmür.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 21-də yerli və xarici jurnalistlərə açıqlamasında söyləyib.
Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Prezidentin köməkçisi bildirib:
"Ermənistanın bütün qanunsuz hərbi birləşmələri ölkəmizin ərazisindən çıxarılıb və tərəfimizdən iki ölkə arasında münasibətlərin normallaşması üçün heç bir maneə görmürük. Bunun baş tutması üçün Ermənistan tərəfi anlamalıdır ki, bu sülhün kökləri Vaşinqtonda, Parisdə və Brüsseldə deyil, barış buradadır. Bunun da irəliyə aparılması və bu istiqamətdə ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan bu bölgəyə baxmalı, Azərbaycanla bu istiqamətdə danışıqları davam etdirməlidir. Bizim üçün müharibə başa çatıb, regionda yeni reallıq yaranıb. Bu reallıq ədalətə, beynəlxalq hüquqa əsaslanır".