BAKI, 20 noyabr - Sputnik. Türkiyə Rusiya taxılının emalı və ehtiyacı olan Afrika ölkələrinə çatdırılması layihəsi ilə bağlı məsələlərin ilin sonuna kimi həll olunacağını gözləyir. Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib.
Rusiya prezidenti Vladimir Putin iyul ayında keçirilən Rusiya-Afrika sammitində Rusiyanın Ümumdünya Ərzaq Proqramı siyahısında olan altı Afrika ölkəsinə humanitar yardım olaraq pulsuz taxıl göndərmək niyyətini açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara bu təşəbbüsü dəstəkləyir və Qətərlə birlikdə Rusiya taxılının emalı və ehtiyacı olan ölkələrə çatdırılmasını asanlaşdıracaq.
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan (solda) görüş zamanı, arxiv
© Sputnik / POOL
/ Daha əvvəl Rusiya Federasiyasının Kənd Təsərrüfatı naziri Dmitri Patruşev bildirib ki, Somali və Burkina Faso üçün buğda daşıyan ilk iki gəmi Rusiyanı tərk edib.
“Layihə cənab prezidentin (Tayyib Ərdoğan) şəxsi nəzarətindədir, müvafiq strukturlar arasında koordinasiya var. Biz gözləyirik ki, ilin sonuna kimi biz (Rusiya taxılının) emalı və tədarükü ilə bağlı məsələləri başa çatdıracağıq”, - deyə agentliyin həmsöhbəti bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.