HƏRBİ

“Doğu Akdeniz-2023”: Azərbaycan xüsusi təyinatlıları tapşırıqları icra edib

Təlimə cəlb edilən heyət zəbt olunmuş gəmiyə baxışın keçirilməsi, eləcə də şərti düşmən arxasına helikopterdən enmə üzrə tapşırıqları praktiki yerinə yetiriblər.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. Türkiyənin Marmaris şəhərində "Doğu Akdeniz-2023" beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimə cəlb edilən heyət zəbt olunmuş gəmiyə baxışın keçirilməsi, eləcə də şərti düşmən arxasına helikopterdən enmə üzrə tapşırıqları praktiki yerinə yetiriblər.
Qeyd edək ki, qardaş ölkədə keçirilən "Doğu Akdeniz-2023" beynəlxalq təlimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.