BAKI, 19 noyabr - Sputnik. Belçika və Azərbaycan milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyunu keçirilib.
“Kinq Baudouin” stadionundakı qarşılaşma nəzərdə tutulduğundan 2-3 dəqiqə gec start götürüb.
Buna Azərbaycan Himninin yanlış səsləndirilməsi səbəb olub. Səhv aradan qaldırıldıqdan sonra matç başlayıb.
Belçikalılar 17-ci dəqiqədə hesabı açıblar. Qolu Romelu Lukaku vurub - 1:0.
Yığmamızın heyətində Eddi İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Romelu Lukaku isə 26, 30-cu və 37-ci dəqiqədə fərqlənməklə poker edib - 4:0. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə, 90-cı dəqiqədə Leandro Trossar hesab arasındakı fərqi artırıb - 5:0. Oyun bu hesabla başa çatıb.