"Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ilin oktyabr ayında-Xocalı soyqırımından cəmi bir neçə ay sonra qəbul edilib. Ona görə bu düzəliş ədalətsizliyin rəmzidir. Azərbaycanda xalq bəlkə də 907-ci düzəliş barədə tam ətaflı məlumatlı olmasa da, onun ədalətsizliyə bərabər olduğunu hər kəs bilir. Bu baxımdan Azərbaycana qarşı edilən ədalətsizlikdən xalqımız xəbərdardır, istər sadə vətəndaş, istərsə də siyasətçi".
"Hər il 907-ci düzəlişin qəbul olunduğu vaxtı eyni hissləri keçiririk. O zaman biz işğal altında idik, bizə deyilirdi ki, siz işğal etmisiniz. Biz qaçqınlara malik idik, lakin qaçqın yaratmaqda ittiham edilirdik. İndi biz öz torpaqlarımızı işğaldan azad etmişik, işğalda günahlandırılırıq. Artıq kartlar açılıb və məlum olub ki, onlara zəif, gücsüz, əlləri altında olan və regiondan qoparılmış Azərbaycan və Ermənistan lazımdır. Azərbaycan bu yolun yolçusu olmadı, öz müstəqil mövqeyini nümayiş etdirdi. Lakin Ermənistan yenə alətə çevrildi. Əvvəllər Rusiyanın əlində alət idi, indi də ABŞ-nin əlində və regionda stabilliyi pozmaq, sülhə qarşı məsələləri gündəmə gətirməklə bölgədə ABŞ-nin maraqlarını həyata keçirməyə çalışır. Onlar nə Azərbaycan, nə də Ermənistan haqqında düşünürlər",- Milli Məclisin üzvü əlavə edib.