BAKI, 17 noyabr - Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində 2023-cü ilin yanvar-sentyabr aylarında sənaye istehsalının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,5% artaraq 1 trilyon dolları ötüb.
Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) rəsmi nümayəndəsi İya Malkina deyib.
“Aİİ-də 9 ayda sənaye istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 1 trilyon dollardan çox olub. Doqquz ay ərzində görülən tikinti işlərinin həcmi də artıb - 9%-dən çox artaraq 135 milyard dollara yaxın olub”, - deyə o bildirib.
Avrasiya İqtisadi Komissiyasının (AİK) rəsmi nümayəndəsi İya Malkina, arxiv
© Sputnik / Алексей Майшев
/ Malkina qeyd edib ki, 2023-cü ilin birinci yarısında əsas kapitala investisiyalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8%-dən çox artaraq, demək olar ki, 173 milyard dollara çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.