"Binamızdakı mənzillərə hələ də istilik verilmədiyi halda, binanın birinci mərtəbəsindəki obyektlərə artıq istiliyin verilməsinə başlanılıb. Maraqlanıram ki, bu necə olub, deyirlər ki, "Azəristiliyin" əməkdaşları gəlib həll ediblər. Deməli, istiliyin vaxtında və keyfiyyətli verilməsi üçün gərək obyektin olsun?! Belə görürəm ki, "Azəristiliktəchizat" ASC-də rəhbərlik dəyişsə də, iş üslubu hələ də dəyişməyib. Yəni, "adamın" olmadısa, qışda soyuqdan donmalısan", - deyə E. Muradov bildirib.
"Bunun üçün abonentlər "Azəristiliktəchizat" ASC-nin Çağrı mərkəzinə - 956 nömrəsinə zəng edərək şikayətləri, ünvanları barədə məlumat verməlidirlər. Bu şikayətlər dərhal qeydiyyata götürülür, abonentlə əlaqə saxlanılaraq mənzilə baxış keçirilərək texniki problem aradan qaldırılır", - deyə Xidmət rəisi bildirib.