RUSİYA

Şarl de Qollun nəvəsi Rusiya vətəndaşlığını almaq planlarını açıqlayıb

Pyer de Qoll "Rusiya vətəndaşlığını almaqdan şərəf duyardım" deyə bildirib.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Beşinci Fransa Respublikasının banisi, general Şarl de Qollun nəvəsi Pyer de Qoll Rusiya vətəndaşlığını almağı planlaşdırır.
Bu barədə o, Sankt-Peterburqda Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində "TASS"a bildirib.
"Rusiya vətəndaşlığını almaqdan şərəf duyardım", – deyə o, bildirib.
Bundan əvvəl Pyer de Qoll Rusiyanın Fransa və digər Qərb ölkələri üçün əhəmiyyətindən danışıb. Onun fikrincə, Rusiya Qərbin özündə onlardan imtina edildikdən sonra Qərb ənənələrinin qoruyucusu olaraq qalır.
Qeyd edək ki, Pyer de Qoll fevral ayında Volqoqradda Stalinqrad döyüşündəki Qələbənin 80 illiyi ilə bağlı keçirilən şənliklərdə də iştirak edib.