İDMAN

Azərbaycan millisi İsveçə böyük hesabla qalib gəldi

Futbol üzrə Azərbaycan yığması tarixində ilk dəfə rəsmi oyunlarda İsveçi məğlub edib.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Bakıda Azərbaycan və İsveç milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələ oyunu keçirilib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb.
Oyunda hesabı 3-cü dəqiqədə Emin Mahmudov açıb - 1:0.
6-cı dəqiqədə isə Renat Dadaşov qonaqları məyus edib - 2:0. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə, 89-cu dəqiqədə Emin Mahmudov daha bir qol vuraraq hesab arasındakı fərqi artırıb - 3:0. Oyun bu hesabla başa çatıb.