RUSİYA

AK 2023-cü ildə Rusiyanın ÜDM dinamikası proqnozunu kəskin şəkildə yaxşılaşdırıb

AK qeyd edib ki, iqtisadiyyatın sabitləşməsinə dövlətin sosial proqramları, investisiyaların artırılması və idxalın genişlənməsi təsir edib. Bundan əlavə, Rusiya bəzi ticarət sanksiyalarından yan keçməyin yolunu tapıb.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Avropa Komissiyası 2023-cü ildə Rusiyanın ÜDM dinamikası ilə bağlı proqnozunu kəskin şəkildə yaxşılaşdıraraq 2%-ə çatdırıb.
Bu barədə AK-nin rəsmi saytında dərc olunmuş sənəddə bildirilib.
Təşkilatın proqnozlarına görə, növbəti iki il ərzində ölkənin ÜDM-i ildə daha 1,6% artacaq. AK qeyd edib ki, iqtisadiyyatın sabitləşməsinə dövlətin sosial proqramları, investisiyaların artırılması və idxalın genişlənməsi təsir edib. Bundan əlavə, ölkə bəzi ticarət sanksiyalarından yan keçməyin yolunu tapıb.
Təşkilat, həmçinin inflyasiya ilə bağlı təkmilləşdirilmiş proqnoz verib. Hazırda AK onun səviyyəsinin 6%, 2025-ci ilə qədər isə 4% olacağını gözləyir. Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl bəyan etmişdi ki, Rusiyanın ÜDM-i 0,9% azalacaq, illik artım isə 1,3%-i keçməyəcək.
Daha əvvəl bildirilmişdi ki, 2022-ci ilin sonunda AK Ukraynanın ümumi daxili məhsulunda 29,1% azalma qeydə alıb.